Təhlükəsizlik dilemması: Ermənistandan regional təhdid

Təhlükəsizlik dilemması: Ermənistandan regional təhdid
17:05 30 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər erməni KİV-i bir mövzunu çox qabardır. Onlar cəbhə xəttində "sərhəd müharibəsi"nin getdiyini yazır, bunda da Azərbaycanı günahlandırırlar. Vəziyyət elə təqdim edilir ki, guya Azərbaycan rəhbərliyi hərbi əməliyyatları tədricən genişləndirərək Ermənistana təhlükələr yaradır. Reallıqda isə vəziyyət bunun tam əksidir. Təxribatçı hərəkətləri Ermənistan törədir, regionda gərginliyi yüksəldib, geosiyasi dividend götürməyə çalışır. Prezidentlərin Bern görüşündə aydın oldu ki, rəsmi İrəvanın mövqeyində dəyişiklik yoxdur. Əksinə, yeni spekulyativ addımlar atmaqla, özünün təcavüzkar siyasətini davam etdirmək istəyir, bu işdə hətta ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən də yararlanmağa çalışır. Vasitəçilər münaqişənin davamlı siyasi həll yollarını tapmaq əvəzinə, "Ermənistanın incidilməməsi"nin qayğısına qalırlar. Onların bu cür mövqeyi və Ermənistan hakimiyyətinin mənfi xidmətləri Cənubi Qafqazda ümumi vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər.

"Cəsarətli" çıxış, yaxud növbəti təxribatçı addım?

Ermənistan qeyri-konstruktiv və işğalçı siyasətinin acı bəhrələrini görməkdədir. Rəsmi İrəvan adəti üzrə bunun səbəbini özündə axtarmaq əvəzinə, başqalarına ittihamlar yağdırır. Bu dəfə onun hədəfində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT). Onu vurğulayaq ki, erməni ekspertlər də həmin məsələyə coşqun reaksiya verib, Serj Sarkisyanın KTMT-nin son - Moskva toplantısındakı çıxışını böyük ruh yüksəkliyi ilə şərh ediblər.

Ermənistanın ciddi təhlükələrlə üz-üzə qaldığını qeyd etməklə yanaşı, onlar S.Sarkisyanın KTMT-ni faktiki olaraq "darmadağın" etdiyini də bildiriblər (bax: məs., Разгромная речь Сержа Саркисяна на саммите ОДКБ / "Lragir.am", 21 dekabr 2015). Bəs Ermənistan prezidentinin çıxışının "möhtəşəmliyi" nədən ibarət imiş?

Reallıqda S.Sarkisyan növbəti dəfə özünün zəif və məntiqsiz xarici siyasətinin acı nəticələrini KTMT-nin digər üzvləri ilə bölüşüb. O, bu təşkilatı Azərbaycanı dəstəkləməkdə günahlandırıb. S.Sarkisyan deyib ki, NATO Türkiyəni Rusiya məsələsində birmənalı dəstəklədi, KTMT-nin bir sıra üzvləri isə Ermənistan əleyhinə beynəlxalq təşkilatlarda səs verirlər (bax: əvvəlki mənbəyə).

Ermənistan prezidenti KTMT-nin əslində mövcud olmadığını bildirib. O, üzv dövlətlərdən Ermənistanın təhlükəsizliyini qorumağı tələb edib. Təbii ki, əvəzində, heç bir real dəstək ala bilməyib. Çünki həqiqəti hətta KTMT-yə daxil olan dövlətlər belə bilirlər. Onlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini inkar edə bilməzlər. Üstəlik, cəbhə xəttində atəşkəsi məhz ermənilər pozur, təxribatlarla dünyanı aldatmağa, Azərbaycanı günahkar kimi qələmə verməyə çalışırlar. Bunları bilənlər Ermənistanı nədə müdafiə etməlidirlər?

Məsələnin gerçəklikdə iki tərəfi var. Birinci aspekt qlobal səviyyədə geosiyasi mübarizənin şiddətlənməsi fonunda rəsmi İrəvanın olduqca ziddiyyətli bir vəziyyətə düşməsi ilə bağlıdır. Çünki ermənilər hiss edirlər ki, gec-tez onlardan işğal etdikləri ərazilərdən çəkilməyi tələb edəcəklər. Regional sabitliyi təmin etməyin başqa yolu yoxdur. Enerji layihələrinin reallaşması baxımından da Cənubi Qafqazda sabitlik mütləq şərtdir. Bunun üçün də Ermənistan təcavüzkar siyasətindən əl çəkməli və nəticədə, regionda əməkdaşlıq imkanları genişlənməlidir. Bunun əksi ixtilaflar, müharibələr və kütləvi qırğınlar yoludur. Rəsmi İrəvan da sülhə və əməkdaşlığa deyil, məhz ikinci varianta meyllidir. Bu səbəbdən, özü təxribat yaradıb, KTMT üzvlərini də (əsasən Rusiyanı) həmin ağılsızlığa cəlb etmək istəyir. Ermənistanın bu məqsədlə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən yararlanmağa çalışması da təsadüfi deyil.

Şübhəsiz, Kremldə bu iddiaların arxasında duran məqamları yaxşı bilirlər və İrəvana lazım olduğundan artıq dəstək vermək fikrində deyillər. Əsas faktor isə ondan ibarətdir ki, NATO ilə KTMT-nin qarşıdurma halına gəlməsini arzulamırlar. Ermənilərin bu bəsit hiyləsinin bir nəticə verməyəcəyi aydındır.

Rəsmi İrəvanın xarici siyasətdəki problemlərinin digər aspektini erməni ekspertlərin özləri də vurğulayırlar. Bunu Ermənistan rəhbərliyinin apardığı daxili və xarici siyasətin yarıtmazlığı ilə izah edirlər (bax: məs., Айказн Гагриян. Настало время расплаты / "Lragir.am", 23 dekabr 2015 və Муса Микаелян. Война на границе и сладкий плод коррупции / "1in.am", 23 dekabr 2015).

KTMT-yə şantaj: Rəsmi İrəvanın kölə davranışı

Yaranmış vəziyyətin mahiyyəti ondan ibarətdir ki, məhz Ermənistan cəbhə xəttində təxribatlara əl atır, situasiyanı kritik həddə çatdırır və sonra hay-küy salır ki, Azərbaycan müharibəyə başlayıb. Berndə prezidentlərin görüşünün təşkil edildiyi vaxtda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bəyan edib: "Elə bir ekspert və ya analitik qalmayıb ki, yaranmış vəziyyəti müharibə kimi qiymətləndirməsin. Bu, müharibədir və artıq atəşkəs rejiminin pozulmasından danışmaq imkanı yoxdur, çünki indi o yoxdur" (bax: Минобороны Армении: "Режима прекращения огня больше нет. Это война" / "1news.az", 23 dekabr 2015).

Reallığı bilməyən beynəlxalq ictimaiyyətdə isə belə təsəvvür yarana bilər ki, "zavallı" Ermənistana qarşı müharibəyə başlayıblar və təbii ki, onun da "müdafiə olunmaq hüququ vardır". Əslində, nələr baş verdiyini region dövlətləri çox yaxşı bilirlər. Ermənilər havadarlarının məsləhəti ilə təxribat yaradır və Azərbaycanın cavab zərbəsi endirəcəyinə əmindirlər.

Sonra haray-həşir salırlar ki, "Azərbaycan müharibə siyasəti yürüdür". Ermənilər bundan iki istiqamətdə istifadə etməyi planlaşdırırlar. Birincisi, Qərb Azərbaycana qarşı addım atmağa təhrik edilir. İkincisi, KTMT üzvlərində şantajla Türkiyə və Azərbaycan əleyhinə əhval-ruhiyyə yaratmağa cəhd edilir. Sizcə, kənar qüvvələrin diktəsi ilə oturub-duran erməni lider qəfil, icazə olmadan niyə belə "cəsarətli" davranıb? O, ağalarının iradəsinə qarşı çıxa bilərdimi? Mümkün deyil. Bunu KTMT-yə daxil olan ölkələr də bilməmiş deyillər.

Görünür, Ermənistanın özündə də həmin məqamları anlayanlar var və onlar vəziyyəti belə izah edirlər: "Serj Sarkisyanın çıxışı (KTMT-dəki çıxış nəzərdə tutulur - Newtimes.az) Rusiya və Ermənistanın xarici və təhlükəsizlik siyasətini bada verdiklərini göstərir. Belə hallarda həmişə bədəl ödəmək zamanı gəlir - siyasətə, seçilən istiqamətə, dünyagörüşünə və sairlərə görə... Bundan qaçış yoxdur (bax: Айказн Гагриян. Настало время расплаты / "Lragir.am", 23 dekabr 2015).

Maraqlıdır ki, Ermənistanın düşdüyü çətin vəziyyətin başqa tərəfi daxili siyasətdəki qeyri-müəyyən durumla əlaqələndirilir. Musa Mikaelyan bununla bağlı yazır ki, "Sərhəddə müharibə gedir, Ermənistan üçün korrupsiya ilə mübarizə mühüm cəbhə məzmunu alır... Hakimiyyət isə hələlik korrupsiyanın şirin bəhrələrini dadmaqdadır..." (bax: Муса Микаелян. Война на границе и сладкий плод коррупции / "1in.am", 23 dekabr 2015). Belə çıxır ki, Sarkisyan iqtidarının korrupsiyaya qurşanması elə həddə çatıb ki, artıq cəmiyyət ona dözə bilmir. Bu barədə açıq danışılır və hakimiyyətə qarşı birbaşa ittihamlar irəli sürülür. Deyilənlərin nəticəsi olaraq bir sıra ekspertlər "Ermənistanın təhlükəsizlik dilemması ilə qarşılaşdığını" vurğulayırlar. İndi "təhlükəsizlik boşluğunda olan" Ermənistan çıxış yolu tapmalıdır (bax: Егиазар Айнтабци. Новая дилемма на армянском политическом поле / "1in.am", 23 dekabr 2015).

Bunun üçün rəsmi İrəvan müstəqil xarici siyasət yeritməlidir. Amma hətta erməni mütəxəssislər belə bunun mümkünlüyünə inanmırlar. Deməli, Ermənistan faktiki olaraq çıxılmaz dairəyə düşüb. Oradan xilas yolunu bilən yoxdur.

Bunların fonunda Ermənistan rəsmi dairələrinin "Azərbaycan müharibəyə başlayır" bəyanatlarının reallıqda regionun təhlükəsizliyi üçün ciddi təhdid olması göz önündədir. Biz buna təəccüb etmirik, çünki rəsmi İrəvan uzun illərdir ki, bu cür destruktiv rol oynayır. Bölgə xalqlarını ciddi problemlərlə üzləşdirir, ixtilaflar yaradır və münaqişələrə səbəb olur.

Lakin daha təhlükəlisi odur ki, indiki mürəkkəb məqamda bir sıra böyük dövlətlər ermənilərin bu marginallığından öz məqsədləri üçün yararlanmağa çalışırlar. Nəticədə, çox ciddi problemlər meydana gələ, regionda qarşısıalınmaz mənfi proseslər formalaşa bilər. Bundan kimsənin qazanacağını proqnozlaşdırmaq çətindir. Ziyan görən isə bölgə xalqları olacaq.

Newtimes.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38

İlham Əliyev ABŞ Prezidenti və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 03:27

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

20 Sentyabr 2017 03:22

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

20 Sentyabr 2017 03:12

Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"

20 Sentyabr 2017 02:59

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14

Myanmada təqribən 200 kənd yandırılıb

19 Sentyabr 2017 23:12

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23