Ankarada terror aktı planlaşdırmaqda şübhəli bilinən iki nəfər həbs edilib

Ankarada terror aktı planlaşdırmaqda şübhəli bilinən iki nəfər həbs edilib
17:18 30 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Türkiyə paytaxtının təhlükəsizlik idarəsi yeni il gecəsi terror aktı törətməyi planlaşdıran iki nəfəri həbs edib. Bu barədə məlumat Ankaranın baş prokurorluğu tərəfindən verilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, şübhəlilər Yaqub Abdal məhəlləsində aparılan xüsusi əməliyyat zamanı saxlanılıb. Əməliyyat nəticəsində, həmçinin daha çox insanı qətlə yetirmək üçün dəmir parçaları ilə doldurulmuş partlayıcı maddələr də aşkarlanıb.
Terrorçuların İŞİD üzvü olduğu müəyyənləşdirilib. Onların Ankaranın Qızılay rayonundakı ticarət mərkəzində və barlar küçəsində partlayış törətməyi planlaşdırdıqları ehtimal edilir. Təhqiqatın məlumatına əsasən, hər iki şəxs Türkiyəyə Suriya ərazisindən daxil olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ankarada_terror_akti_planlasdirmaqda_subheli_bilinen_iki_nefer_hebs_edilib-915609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR