Vəkili Vidadi Zeynalovun səhhəti barədə məlumat verdi

Vəkili Vidadi Zeynalovun səhhəti barədə məlumat verdi
17:27 30 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalov bu gün vəkili ilə görüşüb.

Bu barədə Trend-ə V.Zeynalovun vəkili məlumat verib.

Vəkil görüş zamanı müvəkkilinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR