Arvidas Sabonis mükafata layiq görülüb

Arvidas Sabonis mükafata layiq görülüb
17:33 30 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Vilnüs, 30 dekabr, Nigar Cəfərli, AZƏRTAC
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus dekabrın 29-da Litva Basketbol Federasiyasının (LBF) prezidenti Arvidas Sabonisa “Qlobal Litva” liderlərinin “Bütün xidmətlərə görə” mükafatını təqdim edib.
AZƏRTAC ELTA-ya istinadla xəbər verir ki, “Bütün xidmətlərə görə” mükafatı Litva qarşısında müstəsna xidmətlərə görə verilir.
XİN-in məlumatında deyilir ki, Litva idmanının əfsanəsi, böyük peşəkar A.Sabonis beynəlxalq miqyasda uğur qazanandan sonra Litvaya qayıdıb və burada basketbol məktəbinin əsasını qoyub. O, Litva idmanının keyfiyyətini yaxşılaşdırmaq, onun nüfuzunu artırmaq üçün əzmlə çalışır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Arvidas_Sabonis_mukafata_layiq_gorulub-915616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR