Muxtar respublikada ümumi daxili məhsulun həcmi ötən illə müqayisədə 1,7 faiz artıb

Muxtar respublikada ümumi daxili məhsulun həcmi ötən illə müqayisədə 1,7 faiz artıb
17:43 30 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 30 dekabr, AZƏRTAC
2015-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun həcmi 2014-cü ilə nisbətən 1,7 faiz artaraq 2 milyard 465 milyon manatdan çox olub. Bu dövrdə muxtar respublikada 917 milyon manata yaxın sənaye məhsulu istehsal edilib ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib. İclasda çıxış edən nazir Famil Seyidov başa çatmaqda olan ilin muxtar respublika iqtisadiyyatı üçün uğurlu olduğunu, sosial-iqtisadi həyatda mühüm irəliləyişlər əldə edildiyini bildirib.
Qeyd edilib ki, muxtar respublikada reallaşdırılan dövlət proqramlarının uğurlu icrası nəticəsində yüksək texnologiyalar əsasında mebel, maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül, yeyinti sənayesi və kənd təsərrüfatı təyinatlı 852 istehsal və xidmət sahəsi yaradılıb.
Cari ildə Sahibkarlığa Kömək Fondu tərəfindən 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 10 milyon 733 min 200 manat həcmində güzəştli kreditlər verilib, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatıb. Muxtar respublikada fəaliyyəti bərpa edilən və ya yeni qurulan müəssisələrdə istehsal olunan məhsulların növü 361-ə çatıb, 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilib.
Vurğulanıb ki, 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 403 milyon manata çatıb. Əhalinin ərzaq məhsullarına olan tələbatının il boyu ödənilməsinin təmin edilməsi məqsədilə soyuducu anbarların ümumi tutumu 12 min 730 tona, tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana komplekslərinin ümumi sahəsi 113 min 892 kvadratmetrə, uzunmüddətli taxıl anbarlarının tutumu 27 min tona, qısamüddətli taxıl anbarlarının tutumu 43 min 380 tona, taxıl emalı müəssisələrinin sayı 17-yə, ətlik və yumurtalıq istiqamətində quşçuluq təsərrüfatlarının sayı 64-ə çatdırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikada_umumi_daxili_mehsulun_hecmi_oten_ille_muqayisede_17_faiz_artib-915618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR