Şaxta Babanı da erməni çıxardılar

Şaxta Babanı da erməni çıxardılar
17:46 30 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Ermənilər iddia edirlər ki, Şaxta baba Ermənistanın qədim simvollarından biridir.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın tarix elmləri doktoru, professor-etnoqraf Rafael Naapetyan bildirib. O, keçirdiyi mətbuat konfransında Ermənistanda Yeni il bayramının tarixi haqqında danışıb.

"Ermənistanda Yeni il çoxdan qeyd edilir, sadəcə, “Amanor”, “Nor tari”, “Taremut”, “Tareqlux” kimi adlarla tanınıb. Bundan başqa, ermənilər bu bayramı çar dövründən rəiyyət vaxtına qədər böyük çoşqu ilə, cıdır yarışları keçirərək, qeyd edib", - deyə professor bildirib.

Onun sözlərinə əsasən, tarixdə bu bayramın köklərinin eramızdan əvvəl 2492-ci ilə qədər gedib çıxdığı haqqında da məlumatlar var.


Rafael Naapetyan - Ermənistanın tarix elmləri doktoru, professor-etnoqraf


Rafael Naapetyan belə bir qənaətə gəlib ki, ilk Şaxta Baba - Nikalay Çudotveriçdir. O, 280-ci ildə anadan olub və onun mənşəyi ermənidir. Nikolayın şərəfinə Avropada yüzlərlə kilsə tikilib.

"Nikolayın missiyası insanları müalicə etmək olub. Onun gəlişi ilə hər ailədə sevinc hissi yaşanıb. Ona görə, onu sonralar Şaxta Baba adlandırmağa başladılar. Rusların Şaxta Babası isə əvvəllər mənfi obraz olub. Çünki o, ətrafda hər şeyi dondurub. Daha sonra o, xeyirxah işlər görərək, insanlara xoşbəxtlik gətirib", - deyə erməni alim qeyd edib.

Rafael Naapetyan onu da əlavə edib ki, erməni tarixçilərinin iddiasına görə, ermənilərin özlərinin Şaxta Babası olub və bu obrazı Saak Parter ifa edib. O, uşaqların ən sevimli obrazlarından biri olub və onu Meç Papuk adlabdırıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368538

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR