Cavid Qurbanov: Beynəlxalq tranzit daşımaların həcmində 10 faiz artım müşahidə edilib

Cavid Qurbanov: Beynəlxalq tranzit daşımaların həcmində 10 faiz artım müşahidə edilib
17:58 30 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
2015-ci ildə Azərbaycan ərazisi ilə tranzit daşımaların həcmində 10 faiz artım müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə ötən il Çindən Avropaya 250 milyard dollar həcmində konteyner daşımaları həyata keçirilib. “Bu böyük həcmdə yük axınını biz Azərbaycan ərazisindən keçməklə, Gürcüstanın Poti və Batumi limanları vasitəsilə Qara dənizin Varna, Odessa, Konstansa eləcə də gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə çıxarmaq üçün çalışırıq”, - deyən C.Qurbanov bildirib ki, 2015-ci ildə dəmir yolu vasitəsilə təqribən 17 milyon ton yük daşınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cavid_Qurbanov_Beynelxalq_tranzit_dasimalarin_hecminde_10_faiz_artim_musahide_edilib-915620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR