Ankarada bayram qana boyanacaqmış: iki “canlı bomba” yaxalandı

Ankarada bayram qana boyanacaqmış: iki “canlı bomba” yaxalandı
17:59 30 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin paytaxtı Ankarada yeni il gecəsi terror aktları planlaşdıran 2 “canlı bomba” tutulub. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, hər iki şəxs partlayıcı yükü ilə birgə ələ keçirilib.

 

Polis əməliyyatı Ankaranın Mamak adlanan hissəsində həyata keçirib. Suriyadan Türkiyəyə keçən və Ankarada partlayışlar törətmək istəyən şəxslər ani əməliyyatla yaxalanıb.

 

Ankara valiliyi məsələ ilə bağlı açıqlama verib və tutulan şəxslərin İŞİD üzvü olduğu bildirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR