Universitetdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Universitetdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
18:13 30 Dekabr 2015
7 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC 
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən söz açıb. Rektor qeyd edib ki, dünyada yüzlərlə xalq yaşayır, amma onların əksəriyyətinə müstəqil dövlətini qurub – yaratmaq nəsib olmayıb. Azərbaycan xalqı xoşbəxtdir ki, bir əsrdə iki dəfə müstəqil dövlətini qura bilib.
Tədbirdə ATMU-nun Tələbə Gənclər Təşkilatının sədri İlqar Quliyev, Tələbə Elmi Cəmiyyətin sədri Tural Cabbarov və başqaları dünya azərbaycanlıları arasında həmrəyliyin, milli birliyin yaranmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Universitetde_Dunya_Azerbaycanlilarinin_Hemreyliyi_Gunu_qeyd_olunub-915628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR