2016-cı ilin ortalarınadək Bakı-Tbilisi-Qars dəmir yolunun elektrikləşdirilməsi başa çatacaq

2016-cı ilin ortalarınadək Bakı-Tbilisi-Qars dəmir yolunun elektrikləşdirilməsi başa çatacaq
18:13 30 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
2016-cı ilin ortalarınadək Azərbaycan tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolunun elektrikləşdirilməsi, eləcə də Gürcüstan və Türkiyə arasında tunelin tikintisi üzrə işlər başa çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə dəmir yolunun Türkiyə tərəfində işlər davam etdirilir. Bu günlərdə Türkiyənin nəqliyyat naziri Binali Yıldırım layihə üzrə bütün podratçı şirkətlərlə görüş keçirib və iki sahəni birləşdirmək üçün gələn ilin ortalarına tunelin tikintisini yekunlaşdırmağı tapşırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2016_ci_ilin_ortalarinadek_Baki_Tbilisi_Qars_demir_yolunun_elektriklesdirilmesi_basa_chatacaq-915627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR