Səməd Seyidov: “...qorxmuruq”

Səməd Seyidov: “...qorxmuruq”
18:14 30 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

 

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycanla bağlı iki mühüm məruzə müzakirə olunacaq".

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, yanvarın 26-da “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonunda vəziyyətin gərginləşməsi” və “İşğal olunmuş ərazilərdə sudan məhrum etmə və cəbhə xəttində bundan əziyyət çəkən insanlar” adlı məruzələr dinləniləcək.

 

Bunun çox mühüm hadisə olduğunu deyən S. Seyidov qeyd edib ki, bu iki məruzə çox gərgin şəraitdə ərsəyə gəlib: “Ermənistan tərəfi bütün imkanlarından istifadə edərək bu məruzənin gündəliyə salınmaması üçün çalışdı. Amma məruzə gündəliyə salındı və o, müzakirəyə çıxarılacaq. Biz gözləyirik ki, ermənilər bütün mərhələlərdə buna mane olmağa çalışacaqlar. Təxribatlar gözləyirik, amma qorxmuruq”.

 

S. Seyidov onu da deyib ki, bu məruzələrin müzakirəsi Azərbaycan üçün çox vacibdir: “Axırıncı dəfə 2005-ci ildə AŞPA-da Dağlıq Qarabağla bağlı məsələ müzakirə olunub. O vaxt 1416 nömrəli sənəd qəbul olundu. İndi bu məsələ Azərbaycan prezidentinin yürütdüyü uğurlu siyasət, nümayəndə heyətinin səyi nəticəsində yenidən gündəmə gətirildi. Ciddi gözləntilərimiz var. Bu baxımdan AŞPA-nın bu sessiyası bizim üçün olduqca əhəmiyyətlidir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR