Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Cakartada bir sıra tədbirlər keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Cakartada bir sıra tədbirlər keçirilib
18:28 30 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Cakarta, 30 dekabr, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyinin təşkilatçiliği ilə Cakartada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir sıra tədbirlər keçirilib.
Cakartada yerləşən “Dharmais” xəstəxanasında onkoloji xəstəliklərdən əziyyət çəkən azyaşlılar üçün xeyriyyə proqramı təşkil edilib. Proqramın məqsədi bu azyaşlıları hədiyyələrlə sevindirmək və onlara mənəvi dəstək vermək olub.
Dekabrın 30-da isə səfirliyin inzibati binasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirilib. İndoneziyada yaşayan azərbaycanlılar, həmçinin xüsusi qonaq qismində dəvət olunmuş dövlət rəsmiləri və türkdilli ölkələrin səfirlərinin iştirak etdikləri tədbirdə Azərbaycan mətbəxindən ibarət ziyafət verilib.
Səfir Tamerlan Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı müraciəti iştirakçıların diqqətinə çatdırıb, həmvətənlərimizin birlik və həmrəyliyinin önəmindən bəhs edib. Dünyada müxtəlif hadisələrin cərəyan etdiyi, regionda mürəkkəb vəziyyətin və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün davam etdiyi bir dövrdə həmrəylik, birgə səy və dəstəyin yeganə çıxış yolu olduğu vurğulanıb. Səfir həmvətənlərimizi hamımızın qürur mənbəyi olan dövlətimizin ətrafında sıx birləşməyə çağırıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_munasibetile_Cakartada_bir_sira_tedbirler_kechirilib-915635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR