Ali Məhkəmənin kollegiya sədrləri və bir sıra birinci instansiya məhkəmələrinin sədrləri təyin edilib

Ali Məhkəmənin kollegiya sədrləri və bir sıra birinci instansiya məhkəmələrinin sədrləri təyin edilib
18:32 30 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin ediliblər:
Nəbiyev Mahmud Yusif oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri
Əliyev Natiq Mürsəl oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri
Süleymanov Əli Ziya oğlu - Cəlilabad Hərbi Məhkəməsinin sədri
Kazımov Elçin Məmməd oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri
Bu sərəncam 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
Dövlət başçısı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 
Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri
Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri
Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR