Ali Məhkəmənin kollegiya sədrləri təyin edildi

Ali Məhkəmənin kollegiya sədrləri təyin edildi
18:42 30 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinin təyin edilməsi haqqında sərəncam verib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin məhkəmənin kollegiya sədrləri təyin edilsinlər:

Şəlalə Ağakərim qızı Məmmədova - Mülki Kollegiyanın sədri

Hikmət Abbas oğlu Mirzəyev - İnzibati-İqtisadi Kollegiyanın sədri

Şahin Yaşar oğlu Yusifov - Cinayət Kollegiyasının sədri".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR