Azərbaycan mədəniyyət xadimlərinə prezident təqaüdü verildi

Azərbaycan mədəniyyət xadimlərinə prezident təqaüdü verildi
18:57 30 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam verib. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü verilsin:

Əzizov Ruhulla Nəcəf oğlu

Qasımova Rühəngiz Nağı qızı

Seyidov Tərlan Mir Əşrəf oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR