"Neftçi"də dollar qalmaqalı - ARA QARIŞDI

"Neftçi"də dollar qalmaqalı -   ARA QARIŞDI
19:27 30 Dekabr 2015
76 İdman
Ölkə mətbuatı
A- A+

Manatın ikinci devalvasiyasından sonra ciddi problemlər yaranıb. Milli valyutanın ucuzlaşması bir çox sahələrdə maliyyə böhranına səbəb olub. Xüsusən futbol klublarında böhran özünü daha çox biruzə verir. Legionerlərlə müqavilələrin dollarla bağlanması klubların büdcəsinə ciddi şəkildə təsir edib.

Neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasından sonra SOCAR-dan maliyyələşən "Neftçi" maliyyə problemləri ilə üzləşmişdi. Manatın devalvasiyası isə vəziyyəti daha da pisləşdirib. Artıq SOCAR klubun xərclərini azaltmaq üçün müəyyən addımlar atmağa başlayıb. Sponsor klub rəhbərliyinə müqavilələrin manata çevirilməsini tapşırıb. Amma bu tapşırıq klubda qalmaqala səbəb olub.

Belə ki, Mühaşidə Şurasının sədri Çingiz Abdullayev maaşının manata çevirilməsinə razılıq verməyib. Bir müddət əvvəl Xalq yazıçısının klubdan ayda 20 min dollar maaş aldığı barədə xəbərlər yayılmışdı. Bu xəbər indiyədək nə təsdiq, nə də təkzib olunub. Məbləğin nə qədər dəqiq olduğunu bilmirik. Amma dəqiq bilirik ki, Çingiz bəy "Neftçi"dən Azərbaycan reallığında kifayət qədər böyük olan məbləğdə maaş alır.

Buna baxmayaraq, "Dronqo"nun yaradıcısı maaşının azalmasına razılıq vermir, həmçinin yeni məzənnə ilə ödənməsini tələb edir. Çingiz bəyin hətta "Maaşım dollarla verilməsə, bir daha "Neftçi"nin qapısından içəri girmərəm" dediyi də bildirilir.

Çingiz Abdullayevin bu tələbi klubda əməlli-başlı qalmaqala səbəb olub. Belə ki, başda icraçı direktor olmaqla klubun rəhbərliyində təmsil olunan digər şəxslər, o cümlədən Müşahidə Şurasının üzvləri "Çingizin maaşı dollarla verilirsə, bizim də maaşımızı dollarla verin" tələbini irəli sürüblər. Məhz bu səbəbdən "Neftçi"də maaşların bundan sonra hansı valyuta ilə ödənəcəyi bilinmir. Görünən odu ki, qarşıdakı günlərdə klubda böyük səs-küy qopacaq...

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotd-dollar-qalmaqal-t46517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR