Məşhur şirkət 318 milyon avro cərimələndi

Məşhur şirkət 318 milyon avro cərimələndi
19:36 30 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

"Apple" şirkəti İtaliyada 318 milyon avro həcmində cərimə ödəyəcək.

ANS PRESS-in məlumatına görə, texnologiya nəhəngi olan "Apple" şirkəti qazancını İrlandiyaya ötürərək, vergilərdən boyun qaçırdığına görə, İtaliya onu 318 milyon avro dəyərində cərimələyib.

İtalyada fəaliyyət göstərən "La Repubblica" qəzetinin xüsusi xəbərinə görə, Milan Respublika Prokurorluğu və İtaliyada vergi nəzarətini təmin edən dövlət orqanı iki illik danışıqlıqlardan sonra cərimə ödəməsi məsələsində "Apple" şirkəti ilə razılığa gəldiyini qeyd edib.

İtaliya rəsmilərinin də təsdiq etdiyi bu xəbərlər "Apple sonunda təslim oldu" başlıqları ilə yayılıb.

Rəsmi orqanların yaydığı xəbərlərdə şirkətin İtaliya Vergilər Nazirliyinə 2008-2013 illər arasında 880 milyon avro vergi əvəzinə yalnız 30 milyon avro ödədiyi bildirilir.

"Apple" İtaliya mərkəzi İrlandiyanın Avropadakı filiallarından birini təmsil edir.

"Apple" - 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıdır.

Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik edir. Apple Macintosh, iPhone, Mac Book, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır.


"Apple" şirkətinin ən məşhur məhsulları

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR