Bakıda yaşayış binasında yanğın: 2 nəfər xilas edildi

Bakıda yaşayış binasında yanğın: 2 nəfər xilas edildi
19:52 30 Dekabr 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Binəqədi rayonunda yanğın olub.

Milli.Az FHN-ə istinadən bildirir ki, doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci, 6-ci mərtəbələrində tikilmiş ümumi sahəsi 4 kv.m olan köməkçi otağın 1 kv.m sahədə yanar konstruksiyaları, 3 ədəd su sayğacı və 10 p.m elektrik kabeli yanıb. Yüksək temperaturdan mənzillərə gedən plastik su xətləri əriyib. Yanğın zamanı mənzildən bir azyaşlı və liftin içərisində köməksiz qalmış vətəndaş yanğınsöndürənlər tərəfindən xilas ediliblər. Sayğacların və elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 13:59-da söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/394386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR