Lerikdə bayram yarmarkası təşkil olunub

Lerikdə bayram yarmarkası təşkil olunub
19:53 30 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Lerik, 30 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 30-da Lerik şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə bayram satış yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, süd və ət məhsulları, həmçinin müxtəlif çeşiddə çərəzlər satışa çıxarılıb.
Yarmarkada bütün növ məhsullar bazar qiymətlərindən 20-30 faiz ucuz təklif olunub.
Sakinlər Yeni il bayramı ərəfəsində təşkil olunan yarmarkada satılan malların qiymətindən razılıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lerikde_bayram_yarmarkasi_teskil_olunub-915660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR