McCann Erikson şirkətindən təkzib: Böhtandır!

McCann Erikson şirkətindən təkzib: Böhtandır!
20:26 30 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

McCann Erikson şirkəti bəzi KİV-lərin şirkətin işgüzar imici və rəhbəri Gəray Yusifovun adına xələl gətirmək məqsədi ilə yaydığı məlumatlara cavab olaraq bəyanat verib.

ANS PRESS-ə daxil olan bəyanatda deyilir ki, artıq bir aya yaxındir ki, İsmayıl Səlimov adlı şəxs bəzi informasiya saytlarının dəstəyi ilə McCann Erickson şirkətinə qarşı böhtan kampaniyası keçirir:

“Absurd bəyanatlar verən Səlimov McCann Erickson şirkətini Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə olan münaqişəyə cəlb etməyə çalışır. Ona aid olan və tərəfindən 700 min dollar həcmində qiymətləndirilən Mediagraf şirkətini guya bizim ələ keçirdiyimiz barədə böhtan xarakterli məlumatlar yayır.

Bəyan edirik ki, nə Q. Yusifov, nə də onun rəhbərlik etdiyi struktur daha əvvəl Mediagraf şirkətinə məxsus olan hər hansı biznes, yaxud reklam inventarına sahibdir. Biznesin “ələ keçirilməsindən” heç bir söhbət gedə bilməz. Çünki McCann Erickson əvvəllər Mediagraf-a, yaxud onun rəhbərliyinə aid olan heç bir aktivə sahib deyil.

Bir neçə il əvvəl bizə İ. Səlimov tərəfindən şirkətin satışı ilə bağlı təklif gəlsə də, biz şirkətin son illərə aid fəaliyyəti, sifarişçiləri, aktivləri və digər parametrləri ilə bağlı araşdırma apardıq. Qısa müddət ərzində aydınlaşdırdıq ki, (Azərbaycan reklam bazarı o qədər də böyük deyil) həmin dövr üçün reklam haqqında qanunvericiliyi daim pozduğuna və təqdim olunan hesabların ödənmədiyinə görə reklam daşıyıcılarında reklam yerləşdirməklə bağlı Mediagraf şirkətinin Reklam və İnformasiya Departamenti ilə problemi var.

Həmçinin, şirkətin alınması təklifi daxil olduğu dövrdə demək olar ki, şirkətə məxsus bütün reklam daşıyıcıları artıq demontaj olunduğuna görə razılaşma ilə bağlı hər hansı danışıqlar aparmaq mənasız idi. Bu sövdələşmənin qeyri-perspektiv olduğunu nəzərə alaraq məsələnin gələcəkdə hər hansı müzakirəsindən imtina etdik”.

Şirkət bəyan edir ki, İ. Səlimov tərəfindən Reklam və İnformasiya Departamentinə qarşı irəli sürülən iddialar məhkəmə instansiyaları tərəfindən rədd edilib.





“Görünür ki, məhkəmə instansiyalarında öz məqsədlərinə çata bilməyən Səlimov onun biznesinə heç bir aidiyyəti olmayan insanlara aşkar böhtan atmaq və insanlara qara yaxmaq yolunu tutub.

Bu arada, çox güman ki, öz əhvalatına dramatik fon vermək niyyəti ilə Səlimov bəzi KİV-in dəstəyi ilə öz absurd iddialarını MTN ətrafında baş verən hadisələrlə bağlamağa çalışır.

Rəsmi olaraq bəyan edirik ki, Azərbaycanda nəhəng beynəlxalq şirkətin nümayəndəsi olaraq, bu ölkədə 1998-ci ildən fəaliyyət göstərən McCann Erickson şirkətinin heç bir zaman İsmayıl Səlimovun hər hansı məmurla ixtilaflarına aidiyyəti olmayıb. Şirkətimiz Azərbaycanda ilk fəaliyyətindən indiyə qədər vicdanlı vergi ödəyicisi olaraq qanun çərçivəsində reklam bazarının inkişafına daim xidmət edib.

Səlimovun bəyanatları heç bir sübutlara söykənməyərək yalnız böhtan xarakteri daşıyır. Azərbaycanda aparıcı KİV-lərlə uzun illər sıx əməkdaşlıq edən şirkət kimi, təəssüf edirik ki, bəzi nəşrlər yalan məlumatlar yaymadan öncə obyektiv jurnalistikanın tələb etdiyi kimi heç bir araşdırma aparmırlar” – deyə açıqlamada qeyd olunub.

Şirkət KİV-i heç bir sübuta söykənməyən və sifariş xarakterli olması aydın görünən materialları dərc edərkən daha diqqətli olmağa çağırır: “İqtisadi fəaliyyət subyektləri arasında yaranan istənilən ixtilaf yalan və absurd məlumatları yaymaqla və ya şantaj yolu ilə deyil, hüquq müstəvisində həll edilməlidir.

Xatırlatmaq istəyirik ki, böhtan və şantaj qanuna zidd olan əməllərdir. McCan Erickson şirkəti, şirkətin və onun rəhbərliyinin əleyhinə aparılan böhtan kampaniyasında əli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

Azərbaycan dinamik inkişaf edən ölkədir və burada qanunvericilik çərçivəsində biznesin normal inkişafı üçün şərait yaradılıb. Biznes-mühitin və işgüzar fəallığın yaxşılaşdırılması məsələləri dövlət başçısının birbaşa nəzarəti altındadır. Ölkə başçısı sahibkar və investorlara dəstək göstərilməsinin vacibliyini dəfələrlə vurğulayıb.

Biz böhtan və sifarişli materiallarla işgüzar nüfuza xələl gətirən istənilən cəhdi pisləyir və hesab edirik ki, bu, Azərbaycan Respublikasının inkişaf strategiyasına və onun milli maraqlarına ziddir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04

"Qarabağ"ın rəqibinin futbolçusu 150 minlik maşınla qəzaya düşdü - FOTOLAR

21 Sentyabr 2017 23:03

İsrail polisi Avropa parlamentindən olan nümayəndələrə hücum edib

21 Sentyabr 2017 23:02

Bu görüntülər sizi dəhşətə gətirəcək -

21 Sentyabr 2017 22:52

Türkiyədə silah səsləri eşidildi -

21 Sentyabr 2017 22:46

"Harvi"nin vurduğu ziyan - 600 milyon dollar

21 Sentyabr 2017 22:38

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:28

Erməni deputatlar Bakıda səfərdədir

21 Sentyabr 2017 22:28

BMT baş katibi Ruhanidən xahiş etdi

21 Sentyabr 2017 22:19

İstəyən hər qız “Taxt oyunları”nın qəhrəmanı ilə cinsi əlaqədə olacaq: İNANILMAZ İMKAN - FOTO (18+)

21 Sentyabr 2017 22:13

Azərbaycanın təşkil etdiyi hər bir yarış çox möhtəşəm keçir -

21 Sentyabr 2017 22:12

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:06

"Çelsi"nin futbolçusu ağır yol qəzasına düşüb

21 Sentyabr 2017 22:02

"Mariya" qasırğası şiddətini artırır -

21 Sentyabr 2017 22:00

Lənkəran sakini qatarın altında qaldı

21 Sentyabr 2017 21:58

Terror təşkilatı Suriyada seçkilər keçirəcək

21 Sentyabr 2017 21:43

Ermənistan parlamentinin deputatları Bakıya niyə gəliblər?

21 Sentyabr 2017 21:38

Lənkəranda qatar yerli sakini vurub

21 Sentyabr 2017 21:37

Erməni deputatlar Bakıdadır

21 Sentyabr 2017 21:34

Iraq ordusundan hazırlıq -

21 Sentyabr 2017 21:34

Göyçayda 62 yaşlı kişi özünü kanala atdı

21 Sentyabr 2017 21:28

Dünyanın ən yaşlı qadını dünyasını dəyişib

21 Sentyabr 2017 21:27

Sabah Yaxın Şərqin gələcəyi müəyyən ediləcək: Türkiyə ordusu HAZIRDIR

21 Sentyabr 2017 21:18

"Harvi"nin vurduğu ziyan açıqlanıb -

21 Sentyabr 2017 21:14

ANAM üçün

21 Sentyabr 2017 21:03

Aktauda Qazaxıstan-Azərbaycan gəncləri günlərinə start verilib

21 Sentyabr 2017 21:02

Kim Çen Inın seks kölələri, qorxulu əmrləri... -

21 Sentyabr 2017 20:50

Samuxda istehlakçı hüquqlarına dair konfrans keçirilib

21 Sentyabr 2017 20:42

Azərbaycanın Cənubi Koreyadakı səfiri “İlin səfiri” seçildi

21 Sentyabr 2017 20:38

Türkiyə Ərbilə hücum edəcəkmi? -

21 Sentyabr 2017 20:30

Lütfizadənin cənazəsinin gətirilməsi 7-10 gün çəkə bilər

21 Sentyabr 2017 20:29

Radioaktiv tullantılar üçün yer qalmayıb - SOS

21 Sentyabr 2017 20:28

“Azərbaycan-Rusiya: dostluq qanadlarında” adlı festivalın qalibləri ilə görüş keçirilib

21 Sentyabr 2017 20:27

Ayətullah Xameneyi Trampa dişinin dibindən çıxanı dedi

21 Sentyabr 2017 20:13

İraqın şimalındakı yerli hökumətin başçısının müşaviri: “Referendum"u təxirə salmağa hazırıq”

21 Sentyabr 2017 20:12

İki zənglə qarşısı alınan MÜHARİBƏ, ərazilərin qaytarılması üçün HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

21 Sentyabr 2017 20:03

Vüqar Rəhimzadə: "Azərbaycan Prezidenti BMT-nin ali tribunasından dünya ictimaiyyətinə mühüm mesajlar verdi"

21 Sentyabr 2017 20:02

İraqdakı azərbaycanlı İŞİD-çi ailələrin taleyi barədə şok təfərrüatlar -

21 Sentyabr 2017 20:02

Təhsil Nazirliyi yanında daimi şuralar məşvərətçi orqan kimi fəaliyyət göstərəcək

21 Sentyabr 2017 19:52

İtaliyanın məşhur dizayneri modapərəstləri BELƏ TƏƏCCÜBLƏNDİRDİ - FOTO

21 Sentyabr 2017 19:48

Sabah Azərbaycanda Avropa Çempionatı başlayır

21 Sentyabr 2017 19:44