Məşhurlarımızın ötən əsrdəki Yeni il bayramından ÖZƏL FOTOları

Məşhurlarımızın ötən əsrdəki Yeni il bayramından ÖZƏL FOTOları
20:47 30 Dekabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış diktorlarının ötən əsrdən qalan fotoları sizin də marağınıza səbəb olacaq. 

Publika.az-ın əldə etdiyi həmin fotolar keçmiş sovetlər dönəmində keçirilən bayram proqramında çəkilib. Azərbaycan Televiziyasında "Mavi işıq" adlı həmin musiqili-əyləncəli Yeni il proqramında dövrün tanınmış sənət adamları iştirak ediblər. Tanınmış əmək, müharibə qəhrəmanları, mədəniyyət xadimlərinin qatıldığı həmin tədbirdə televiziyanın bütün diktorlarını görmək mümkündür.
 
1970-ci illərin sonunda çəkilmiş bu fotoda Azərbaycanın məşhur diktorları Sabir Ələsgərov, Rafiq Hüseynov, Həqiqət Əsgərova, Tamilla Ələkbərova, Roza Tağıyeva, Hicran Hüseynov, Davud Əhmədov, Ofeliya Sənani, Natəvan Hacıyeva, Şərqiyyə Hüseynova, Məlahət Fətullayevanı görürsünüz.
 
Təəssüf ki, onlardan bəziləri indi aramızda yoxdur.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/394397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR