Hacıbala Abutalıbov 7 illik ənənəsini pozdu

Hacıbala Abutalıbov 7 illik ənənəsini pozdu
20:51 30 Dekabr 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakı bulvarı bu dəfə ənənəsinə sadiq qalmadı. Hər il 31 dekabr milli parkda baş tutan konsert proqramı bu il olmayacaq. Paytaxt sakinləri yalnız möhtəşəm atəşfəşanlığı izləyə biləcəklər. Belə ki 31 dekabr gecə saat 12-də il dəyişən zaman paytaxt səması fişənglərin al-əlvan rənginə boyanacaq.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq bulvarda atəşfəşanlıq üçün lazım olan elementlər estakadaların üzərində quraşdırılıb, konsert proqramının keçirilməsi isə nəzərdə tutulmayıb:

"Hər il Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bulvar ərazisində konsert təşkil olunurdu. Bu il hansı səbəbdən keçirilməyəcəyi ilə bağlı bizə bir məlumat verilməyib. Səbəbi yalnız Bakı şəhər icra hakimiyyətinə bəllidir. Bizə yalnız atəşfəşanlıq üçün müraciət olunub, o da baş tutacaq."


Nazim Məcidov-Bulvar İdarəsinin rəis müavini


Bakı şəhər icra hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumatı təsdiqlədi:

"Hər il Bakı Şəhər İcra Hakimiyyəti konsert proqramını təşkil edib. Qurumun əməkdaşları tərəfindən bulvar ərazisində səhnə qurulub, tanınmış ifaçılar konsert proqramına dəvət olunub. Amma bu il rəhbərliyin göstərişi ilə konsert təşkil olunmayacaq. Səbəbi isə mediaya açıqlanmır, sadəcə qərar budur".


Bakı Şəhər İcra Hakimiyyəti

Ümumiyyətlə bulvar ərazisində bu ənənənə 2008-ci ildən mövcuddur. Düz 7 ildir ki, dekabrın 31-i Bulvar ərazisində tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert təşkil olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR