Nişanlı qız özünü güllələdi

Nişanlı qız özünü güllələdi
20:56 30 Dekabr 2015
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı rayonunda bədbəxt hadisə baş verib. 18 yaşlı qız ehtiyyatsızlıqdan özünü güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun qeydə alınıb. Həmin kənddə yaşayan 1997-ci il təvəllüdlü Könül Balaşirin qızı Rəhmanova yaşadığı evdə ov tüfəngi ilə ehtiyatsız davranaraq özünə atəş açıb. Yaralı aldığı ağır bədən xəsarətləri ilə dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan qarın nahiyəsindən güllə yarası alan qızın üzərində cərrahiyyə əməliyyatı aparıldığını, hazırda vəziyyətinin ağır olduğunu bildirdilər.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Artıq polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb.

Özünü güllələyən qız nişanlıdır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368544

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR