Daha bir futbolçu "Zirə"dən getdi

Daha bir futbolçu "Zirə"dən getdi
21:12 30 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

“Zirə” daha bir futbolçu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, yayda komandaya qoşulan İlqar Hüseynov karyerasını başqa klubda davam etdirəcək. 

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub. Bundan öncə Eduardo Makiel və Eltun Hüseynov “Zirə”dən ayrılmışdı.

Qeyd edək ki, ötən mövsüm "Simurq"un formasını geyinən 21 yaşlı İlqar Hüseynov "Zirə"nin əsas heyətində debüt etməyib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-daha-bir-futbolcu-quotzirquotdn-getdi-t46520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR