Dünya Azərbaycanlılarının Həmrəylik Günü Belqradda qeyd edilib

21:43 30 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Belqrad, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Azərbaycanın Serbiyadakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Serbiya hökumətinin və parlamentinin üzvləri, Belqrad şəhər meriyasının nümayəndələri, Serbiyanın nüfuzlu ictimai, siyasi və mədəniyyət xadimləri, ziyalılar, Serbiya Elm və İncəsənət Akademiyasının və Serbiya Yazıçılar İttifaqının üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri, bu ölkədə yaşayan və işləyən Azərbaycan icmasının üzvləri, burada təhsil alan azərbaycanlı tələbələr və başqaları iştirak ediblər.
Əvvəlcə Həmrəylik Günü münasibətilə Prezident İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı müraciətin mətni oxunub.
Səfir Eldar Həsənov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqının həmrəyliyinə və milli birliyinə yönəlmiş siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xarici ölkələrdə, o cümlədən Serbiyada təhsil alan və işləyən azərbaycanlılar Azərbaycan dövlətinin qayğısını və dəstəyini daim hiss edirlər. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində Azərbaycanda sürətli inkişaf prosesi gedir, xalqımızın rifahı və ölkəmizdə əmin-amanlıq təmin olunur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir problemin həlli istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
Tədbirdə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edilmiş, bu qurumların ölkəmizin Serbiyada və Qərbi Balkan regionunda tanıdılması və təbliği istiqamətində apardığı işlər yüksək qiymətləndirilib. Qeyd edilib ki, Serbiyada çalışan və təhsil alan azərbaycanlılar iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük töhfə verməkdədirlər və bu fəaliyyətin daha da intensivləşdirilməsi vacibdir.
Tədbirdə, həmçinin 2015-ci ildə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı istiqamətində səfirliyin fəaliyyətinə yekun vurularaq, əldə olunan nailiyyətlər barədə məlumat verilib, 2016-cı ildə qarşıda duran vəzifələrdən bəhs olunub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zahir Əzəmət Rasim Qaracanı necə söydürdü?

26 Sentyabr 2017 11:14

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi DƏQİQ VAXT

26 Sentyabr 2017 11:13

Məktəbdən oğurluq edən şəxs saxlanılıb

26 Sentyabr 2017 11:12

“ABŞ bizə müharibə elan edib”

26 Sentyabr 2017 11:12

Bakıda ilk dəfə “Mübarizlər” layihəsi baş tutub

26 Sentyabr 2017 11:09

Elzadan yeni şeir: "Yedim, yedim, dibini yedim"

26 Sentyabr 2017 11:08

Azərbaycan və Rusiya aqrar universitetləri arasında müqavilə imzalanıb

26 Sentyabr 2017 11:07

Ceyms Appaturay: "Azərbaycanla NATO arasındakı münasibətlər etibarlı və daim inkişaf edəndir"

26 Sentyabr 2017 11:07

Bakı Ali Neft Məktəbində tələbələrə SPM sertifikatları təqdim olunub

26 Sentyabr 2017 11:07

Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir

26 Sentyabr 2017 11:02

İş adamı arvadını tutdurdu - Qadın məhkəmə zalında qandallandı

26 Sentyabr 2017 10:59

Bakıda qız avtobusun qapısından sallanıb getdi

26 Sentyabr 2017 10:59

Bütün proqnozları gerçək olan YAPONLARDAN SENSASİYALI 2018 XƏBƏRDARLIĞI: ABŞ yox olur və...

26 Sentyabr 2017 10:58

Şimali İraqda referendumun ilkin nəticələri açıqlandı

26 Sentyabr 2017 10:58

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadı məhkəmə zalında həbs edilib

26 Sentyabr 2017 10:57

Azərbaycanın iki boksçusu yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb

26 Sentyabr 2017 10:57

Süleymanoğlu komaya düşdü: bir neçə gün ömrü qalıb - FOTO

26 Sentyabr 2017 10:57

Azərbaycan mikrokredit götürənlərin sayına görə MDB-də liderdir

26 Sentyabr 2017 10:52

Sabirabadda 6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub

26 Sentyabr 2017 10:47

ANAMA “Ceyrançöl" layihəsinin 3-cü mərhələsinin təqdimatını keçirib

26 Sentyabr 2017 10:47

Azərbaycan və Gürcüstan sərhədlərin qorunması məsələsində əməkdaşlığı gücləndirmək niyyətindədir

26 Sentyabr 2017 10:47

Rusiyanı heyran edən 6 yaşlı Ruslan danışdı - VİDEO

26 Sentyabr 2017 10:44

Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

26 Sentyabr 2017 10:42

"Report": Neftin bahalaşması müvəqqəti xarakter daşıyır

26 Sentyabr 2017 10:42

Azərbaycanda 532 nəfər mina partlayışları nəticəsində həlak olub - Son 16 ildə

26 Sentyabr 2017 10:39

Azərbaycanda vəzifəli şəxsin "Kürdüstan" təbliğatı

26 Sentyabr 2017 10:39

Abid Şərifov: "Hərbi sursatların təmizləmə əməliyyatı başlananadək 532 nəfər ölüb"

26 Sentyabr 2017 10:37

Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib

26 Sentyabr 2017 10:35

Yeni nəsil sualtı rabitə kabeli istismara verilib

26 Sentyabr 2017 10:35

İrandan ölkəyə narkotik gətirilməsinin qarşısı alındı

26 Sentyabr 2017 10:33

İdmançımız ermənini udub “bürünc” qazandı

26 Sentyabr 2017 10:27

Qazaxıstanda brakonyerlik fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları saxlanılıb

26 Sentyabr 2017 10:27

Səbinə Əzimova 3 qat Avropa çempionu 3 qat qalibi oldu

26 Sentyabr 2017 10:27

Kərkükə 500 terrorçu gəlib

26 Sentyabr 2017 10:24

Turistləri daşıyan avtobus qəza törətdi: 6 ölü, 20 yaralı

26 Sentyabr 2017 10:23

"Beşiktaş"ın prezidenti Türkiyə Super Kuboku uğrunda oyunun Azərbaycanda keçirilməsini istəyir

26 Sentyabr 2017 10:22

Bakıda 10 yaşlı oğlan itkin düşüb

26 Sentyabr 2017 10:19

Məşhur müğənni sərvət dəyərində çəkmə aldı - FOTO

26 Sentyabr 2017 10:18

AZPROMO Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub

26 Sentyabr 2017 10:12

İraqdın şimalında keçirilən “referendum”un ilkin nəticələri açıqlanıb

26 Sentyabr 2017 10:12

Cəlilabad: 43 yaşlı kişi özünü güllələdi

26 Sentyabr 2017 10:12

Bakıda 10 yaşlı uşaq itkin düşüb

26 Sentyabr 2017 10:09

Çempionlar Liqası: II turun oyunlarına hakim təyinatları

26 Sentyabr 2017 10:07

Referendumun ilkin nəticələri açıqlandı

26 Sentyabr 2017 10:06

Bütün şiş xəstəliklərini yox edən qida

26 Sentyabr 2017 10:05

Ölkəyə narkotik gətirilməsinin qarşısı alındı

26 Sentyabr 2017 10:04

Kürdlərin referendumu İsrail və ABŞ bayraqları ilə bayram edildi - FOTO

26 Sentyabr 2017 10:03

Nəqliyyat Agentliyi "Qarabağ-Roma" oyununa hazırlıqları davam etdirir

26 Sentyabr 2017 09:59

Nadir Qafarzadə "Yoxsan" deyir...

26 Sentyabr 2017 09:59

Akademik Milli Dram Teatrının oktyabr üçün nəzərdə tutulan repertuarı açıqlanıb

26 Sentyabr 2017 09:57