Bayden Ərdoğanla görüşəcək

Bayden Ərdoğanla görüşəcək
22:05 30 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Co Bayden yanvarın 23-də Türkiyəyə işgüzar səfər edəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Co Bayden birgünlük səfər çərçivəsində Türkiyənin baş naziri Əhməd Davudoğlu və prezident  Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
 
Gözlənildiyinə görə, danışıqların əsas mövzusu İŞİD-lə mübarizə olacaq.
 
Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti yanvarda həmçinin İsveçrədə, ənənəvi Davos İqtisadi Forumuna qatılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR