Prezident İlham Əliyev: Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür

22:38 30 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev dekabrın 30-da Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zamanı Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşdə 2016-cı ildə Azərbaycan iqtisadiyyatının inkişaf edəcəyini, heç bir sosial proqramın icrası ilə bağlı problemin olmayacağını bildirib. “Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək”, - deyən dövlətimizin başçısı idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işlərin görüləcəyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib: “Azərbaycan inamla inkişaf edəcək. Biz inkişaf yolu ilə, müstəqillik yolu ilə gedirik, müstəqil siyasət aparırıq. Ona görə bəzi hallarda əsassız təzyiqlərə məruz qalırıq. Ancaq biz ləyaqətli siyasət aparırıq. Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür və mən bundan sonra da bu maraqları müdafiə edəcəyəm. Mən xalqın dəstəyini hiss edərək bu işləri daha da inamla aparıram”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Azerbaycan_xalqinin_maraqlari_menim_uchun_her_seyden_ustundur-915684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR