"Dinamo"nun əfsanəsi karyerasını başa vuracaq

"Dinamo"nun əfsanəsi karyerasını başa vuracaq
22:47 30 Dekabr 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

"Dinamo Kiyev"in canlı əfsanəsi Aleksandr Şovkovski mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməkdən imtina edib. Goal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bununla da 40 yaşlı qolkiper mövsümün sonunda futbol karyerasını başa vurmağı qərara alıb. Məlumata görə "Dinamo" rəhbərliyi artıq yeni qapıçı axtarışlarına başlayıb. Bir müddət öncə Kiyev klubunun "Dnepr"in qapısını qoruyan Denis Boyko ilə maraqlandığı deylirdi.

Qeyd edək ki, Şovkovski 1993-cü ildən "Dinamo"nun şərəfini qoruyur. O, 22 il ərzində əsas komandada 616 oyuna çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR