Prezident İlham Əliyev: Əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək

Prezident İlham Əliyev: Əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək
23:27 30 Dekabr 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ “2015-ci il sınaq ili olmuşdur. Dünyada gedən proseslər istər-istəməz bizə də təsir etmişdir. Ancaq 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır və yaşamalıdır. Baxmayaraq ki, indi ətraf bölgələrdə müşahidə olunan mənzərə çox acınacaqlıdır”.
"Report"-un məlumatına görə, bunu Prezident İlham Əliyev dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı zaman sakinlərlə görüşündə deyib.
Ölkə başçısı vurğulayıb ki, əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir:
“Azərbaycanda isə bütün işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür. Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək. Mən bunu dəfələrlə bəyan etmişəm və son illərdə qeyri-neft sektorunun inkişafı, bax, bu məqsədi güdür. Əgər biz bu islahatları aparmasaydıq, bu gün çox ağır vəziyyətdə ola bilərdik”.
İlham Əliyev deyib ki, ancaq neftdən asılılıq hələ ki, davam edir və davam edəcək: “Bu asılılığı ən aşağı səviyyəyə endirmək üçün həm iqtisadi islahatlar, həm idarəetmə sahəsində çox ciddi islahatlar aparılmalıdır. İlk növbədə, bütün sahələrdə şəffaflıq tam təmin edilməlidir. İcra orqanlarının, vergi-gömrük orqanlarının fəaliyyəti, ümumiyyətlə, bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Biz dünyanın inkişaf etmiş ölkələrinin praktikasını tam şəkildə tətbiq etməliyik. Gəlirlərə, xərclərə nəzarət gücləndirilməlidir, xüsusilə ictimai nəzarət. Mən bu barədə də dəfələrlə demişəm ki, ictimaiyyət daha da fəal olsun”.
İlham Əliyev vurğulayıb ki, əhaliyə göstərilən xidmətlərdə çox ciddi islahatlar aparılmışdır: “ASAN xidmət artıq iki ildir fəaliyyət göstərir, 7 milyondan çox insan bu xidmətin imkanlarından istifadə edib və əvvəlki illərdə olan pozuntular, nöqsanlar artıq yoxdur. Yəni, bunu etmək mümkündür. Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam”.
Dövlət başçısı bildirib ki, əlbəttə ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq: “Biz bunu bilməliyik. Ancaq elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək. Mən əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Qeyd etdiyim kimi, idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik”.
"Mən bir daha sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan inamla inkişaf edəcək. Biz inkişaf yolu ilə, müstəqillik yolu ilə gedirik, müstəqil siyasət aparırıq. Ona görə bəzi hallarda əsassız təzyiqlərə məruz qalırıq. Ancaq biz ləyaqətli siyasət aparırıq. Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür və mən bundan sonra da bu maraqları müdafiə edəcəyəm. Mən xalqın dəstəyini hiss edərək bu işləri daha da inamla aparıram. Bir daha sizi təbrik edirəm, bayramlarınızı təbrik edirəm”, - deyə prezident əlavə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda orta yaşlı kişini damda cərəyan vuraraq yerə çırpıb

22 Sentyabr 2017 06:52

Azərbaycanlı futbolçu oynadı, komandası dayandı

22 Sentyabr 2017 06:49

Neymar üzr istədi

22 Sentyabr 2017 06:44

Meksikada zəlzələdən sonra təxminən 200 nəfər itkin düşüb

22 Sentyabr 2017 06:42

Cinayət kimi qəza KAMERAYA DÜŞDÜ - VİDEO

22 Sentyabr 2017 06:33

ABŞ altı ildə Suriya qaçqınlarına 7,4 mlrd. dollar humanitar yardım ayırıb

22 Sentyabr 2017 06:17

KXDR Sakit okeanda hidrogen bombasının yeni sınağını keçirə bilər

22 Sentyabr 2017 05:57

Tramp: “ABŞ və Türkiyə heç vaxt olmadıqları kimi yaxındır”

22 Sentyabr 2017 05:33

Tramp Pxenyanla danışıqların mümkünlüyünü istisna etmir

22 Sentyabr 2017 05:24

Meksikada zəlzələ: Ölənlərin sayı 273 nəfərə çatdı

22 Sentyabr 2017 04:38

Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

22 Sentyabr 2017 04:32

Kim Çen In: “Trampın düşməncəsinə çıxışı ona baha başa gələcək”

22 Sentyabr 2017 04:07

NATO baş katibi Lavrovla görüşdü

22 Sentyabr 2017 03:34

DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22 Sentyabr 2017 03:28

Dünyanın ən varlı qadını öldü

22 Sentyabr 2017 03:24

Rumıniya təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 8 mln. avro ayırıb

22 Sentyabr 2017 03:07

Rusiya qırıcıları Suriyada terrorçuların 96 mindən çox obyektini məhv edib

22 Sentyabr 2017 02:57

Meksikadakı zəlzələ 273 can aldı

22 Sentyabr 2017 02:44

Mərkəzi Bank hərrac keçirəcək

22 Sentyabr 2017 02:28

İstanbulda özəl təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 02:15

Dominikanda “Mariya” qasırğası qurbanlarının sayı 15 nəfər çatıb

22 Sentyabr 2017 02:02

Samir oynadı, darmadağın gördü

22 Sentyabr 2017 01:57

Rusiya XİN: Suriyada MDB-dən təqribən 10 min yaraqlı döyüşüb

22 Sentyabr 2017 01:52

Tramp KXDR-ə qarşı əlavə sanksiyalar planlaşdırır

22 Sentyabr 2017 01:46

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04