əl-Abadı: “Türkiyə vədinə əməl etmir”

əl-Abadı: “Türkiyə vədinə əməl etmir”
23:59 30 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Ankara İraqın şimalından qoşunlarının çıxarılmasına dair razılaşmanın şərtlərinə əməl etmir.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu  İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

 

Onun sözlərinə görə, İraqa səfər edən Türkiyə rəsmiləri hərbçilərin çıxarılmasını vəd etsələr də, türk hökuməti əldə olunan razılaşmaya hörmətsizliklə yanaşır. əl-Abadı Türkiyə hərbçilərinin ölkənin şimalından dərhal çıxarılmasına çağırıb.

 

Qeyd edək ki, Türkiyə dekabrın 4-də 130 hərbçidən, tanklardan və artilleriyadan ibarət birləşməsini İraqın Mosul şəhəri yaxınlığında yerləşdirib. Türkiyə rəhbərliyi bu addımın İŞİD hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıdığını bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR