Əmmanda Həmrəylik Günü ilə bağlı tədbir keçirilib

01:33 31 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Əmman, 31 dekabr, AZƏRTAC
Əmmanda Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənəli şəkildə qeyd edilib.
Tədbirdə İordaniya-Azərbaycan Parlamentlər arası Dostluq Cəmiyyətinin idarə heyətinin üzvləri, bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, Azərbaycan diasporasının üzvləri iştirak ediblər.
Səfir Sabir Ağabəyov iştirakçıları Həmrəylik Günü münasibətilə təbrik edib, bu bayramın Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O əlamətdar bu günün dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rolunun olduğunu söyləyib. Səfir azərbaycanlıların həmrəylik ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını diqqətə çatdırıb.
Səfir S.Ağabəyov Prezident İlham Əliyev tərəfindən diaspora fəaliyyəti istiqamətində aparılan uğurlu siyasətin artıq bütün dünyada yaşayan soydaşlarımız arasında geniş yayıldığını xüsusi vurğulayıb.
Daha sonra tədbir “Müstəqilliyimiz əbədidir” filminin nümayişi ilə davam etdirilib, tədbir iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini və uğurlarını nümayiş etdirən əyani təbliğat materialları paylanıb.
Tədbirin sonunda ziyafət təşkil edilib.

Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ammanda_Hemreylik_Gunu_ile_bagli_tedbir_kechirilib-915693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR