Rusiyanın Türkiyəyə qarşı yeni “kozrı”

Rusiyanın Türkiyəyə qarşı yeni “kozrı”
03:01 31 Dekabr 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Moskva Türkiyənin cənub – şərqində separatçı PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatına qarşı keçirilən hərbi əməliyyatlara görə narahatlığını açıqlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısındakı çıxışı zamanı danışıb. Lavrov bu əməliyyatlar zamanı aralarında qadın və uşaqların da olduğu çox sayda günahsız insanın öldüyünü iddia edib.

“Türkiyə hökumətinin ölkənin cənub-şərqində, kürdlərin kompakt yaşadığı yerlərdə keçirdiyi əməliyyatları təşvişlə izləyirik. Bəzi şəhərlərdə komendant saatı tətbiq olunur və bu yerlərdən avtomobillərin keçməsinə izn verilmir. Əməliyyatların keçirildiyi yerlərə siyasətçilərin, jurnalistlərin və hüquq müdafiəsi təşkilatlarının girişi qadağan olunub. Bəzi bölgələrdə ərzaq çatışmazlığı var və vəziyyət humanitar fəlakətə yaxındır.”

Türkiyə hökumətini zorakılığı dayandırmağa səsləyən Rusiyanın ali diplomatı rəsmi Ankaranı “sülh prosesini” bərpa etməyə dəvət edib.

“Türkiyə hökumətini bu zorakılığı ən yaxın vaxtda dayandırmaq üçün lazımi addımları atmağa və 2015-ci ilin iyulunda razılaşdırılan “sülh prosesi”nə yenidən başlamağa dəvət edirik. Kürd probleminin həllinin təməlində siyasət var. Daxili problemləri silah yoluyla həll etməyə çalışmaq yeni itkilərə və vəziyyətin daha da gərginləşməsinə səbəb olar.”

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.

PKK terror təşkilatının siyasi qolu Xalqların Demokeratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş ötən həftə Rusyanın paytaxtı Moskvada səfərə getnişdi. Bu səfəri şər edən bəzi politoloqlar, rəsmi Ankara ilə aralarında olan gərginlik səbəbindən Rusiyanın Türkiyədəki PKK terror təşkilatına dəstək verəcəyini iddia etmişdi.

Demirtaşın Rusiya səfərindən sonra Türkiyədəki separatçılar ölkənin müxtəlif şəhərlərində aktiv terror fəaliyyətlərinə başlayıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR