Dilarə Ukraynada açılışa qatıldı

Dilarə Ukraynada açılışa qatıldı
03:19 31 Dekabr 2015
22 Şou
Ölkə mətbuatı
A- A+

Kiyevdə "İstok" adlı studiyanın açılış mərasimi baş tutub. Axşam.az-ın "1news.az"a istinadən məlumatına görə, tanınmış ukraynalı müğənnilərin, aktyorların, rejissorların və dizaynerlərin qatıldığı gecədə həmyerlimiz Dilarə Kazımova da iştirak edib.

 

Sözügedən studiyada ilk sinqlı olan "Running"i yazdıran D.Kazımova təəssüratlarını bölüşüb:

 

"Bu səfər mənim üçün çox önəmli idi. Belə ki, ilk dəfə yeni mahnımı insanlar arasında ifa etdim. Dinləyicilərin təəssüratlarını bilmək mənim üçün çox önəmli idi. Münasibət möhtəşəm idi. Çoxlu təriflər eşitdim və özümü çox xoşbəxt hiss etdim".




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR