Ərdoğanı müşayiət edən jurnalist Mədinədə öldü

Ərdoğanı müşayiət edən jurnalist Mədinədə öldü
04:21 31 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı Səudiyyə Ərəbistanı səfərində müşayiət edən jurnalistlərdən biri Mədinə şəhərində dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Türkiyədə gündəlik nəşr olunan “Akit” qəzetinin şef redaktoru və köşə yazarı Həsən Karakaya qaldığı oteldə infarkt keçirib.

Jurnalistə ilk tibbi müdaxiləni prezident administrasiyasının səhiyyə işçiləri göstərib. Daha sonra “Kral Fəhd” xəstəxanasına çatdırılan Karakayanın həyatını xilas etmək mümkün olmayıb.

Jurnalistin ölümü səbəbindən prezident Ərdoğan səfərini başa vuraraq Türkiyəyə qayıdıb. Həmçinin Həsən Karakayanın cənazəsi də təyyarə ilə İstanbula aparılıb.

Allah rəhmət eləsin.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR