ABŞ İrana qarşı yeni sansksiyalar hazırlayır

ABŞ İrana qarşı yeni sansksiyalar hazırlayır
05:52 31 Dekabr 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ prezidentinin administrasiyası İranın bir sıra şirkət və fiziki şəxsinə qarşı sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.
"Report"un "Lenta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Tehranın ballistik raket proqramının inkişafına mane olmaq istəyən rəsmi Vaşinqton, İranın 10-dan çox şirkət və məmurunu yeni sanksiya siyahısına daxil etməyə planlaşdırır.
Qeyd edək ki, Şimali Koreyanın istehsalı olan Rodong raketlərinin texnologiyası əsasında yaradılan İranın Shahab-3/3B tipli ballistik raketləri, iki min kilometr məsafəni qət etmə potensialına malikdir. Beləliklə, Tehran İsraillə yanaşı Yaxın Şərqdə yerləşən ABŞ-ın hərbi bazalarına da zərbə endirmək iktidarındadır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-i-rana-qarsi-yeni-sansksiyalar-hazirlayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR