ABŞ aviadaşıyıcısı hücuma məruz qalıb (VİDEO)

ABŞ aviadaşıyıcısı hücuma məruz qalıb (VİDEO)
06:26 31 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatların İŞİD-ə qarşı döyüşmək üçün yola çıxan aviadaşıyıcısı Hörmüz boğazında maneə ilə üzləşib.

İŞİD-ə qarşı mübarizə üçün Fars körfəzinə doğru üzən və Amerika Birləşmiş Ştatlarına məxsus “Harri Trumen” aviadaşıyıcı gəmisi Hörmüz boğazından keçərkən, İran raketlərdən döyüş atışı təliminə başlayıb.

Bu barədə ABŞ-ın "ABC" telekanalı amerikalı hərbçilərə istinadən xəbər verir.

Amerikalı hərbçilərin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun artilleriya hissələri ABŞ hərbi gəmisinə çox yaxın məsafədə, yəni 1,5 kilometr məsafədə raketlərdən döyüş atışı həyata keçirməyə başlayıb.

Döyüş atışı təlimi ərazisində həmçinin ABŞ-ın “Bakli” eskadra mina gəmisi, Fransaya məxsus freqat gəmisi və bir neçə kommersiya gəmisi olub.

Telekanalın məlumatına görə, ABŞ gəmiləri “Beynəlxalq səviyyədə qəbul edilmiş dəniz dəhlizin”dən keçərkən İran Hərbi-Dəniz Qüvvələri radio ilə onlara döyüş atışı təliminə başlamaq qərarını elan edib.

Xəbərdarlıq edildikdən sonra bir neçə idarəolunmayan raket atışı həyata keçirilib.

EBS telekanalının məlumatında vurğulanıb ki, “raketlər gəmilərə tərəf yox, qarşı istiqamətə atılıb və nə ABŞ, nə də digər gəmilər, İran raketlərinin hədəfi olmayıb”. Buna baxmayaraq, ABŞ İranın raketlərdən döyüş atışını çox təhlükəli və təxribatçı cəhd kimi qiymətləndirib.

Hörmüz boğazının və Fars körfəzinin şimal hissəsi İranın ərazi sularına daxildir.

ABŞ-ın “Harri Trumen” aviadaşıyıcı gəmisi İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın əməliyyatlarına ötən həftə qoşulub.

Dekabrın 29-da aviadaşıyıcı gəminin göyərtəsində olan döyüş helikopterləri İŞİD-ə qarşı aparılan “Sarsılmaz əzm” əməliyyatı çərçivəsində ilk uçuşlarını həyata keçirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR