Azərbaycanda 30 ton ət məhv olundu - FOTO

Azərbaycanda 30 ton ət məhv olundu - FOTO
09:17 31 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Cari ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən ölkə ərazisində ümumilikdə 30 tona yaxın yararsız və təhlükə mənbəyi olan ət aşkarlanıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, bunu DBNX-nin əməkdaşı Eldar Xankişiyev verib.
 
Onun sözlərinə görə, dekabrın 28-də Lənkəran rayonunun Osakücə kəndinin yaxınlığındakı meşə massivində ölü vəziyyətdə aşkarlanmış 2 baş iri buynuzlu heyvan cəsədindən götürülmüş nümunələrin nəticələri artıq məlum olub. Laboratoriya müayinəsi zamanı həmin heyvanlarda bakterioloji çirklənmə və onların qida məqsədilə istifadəyə yararsız olduğu müəyyənləşdirilib. Heyvanların cəmdəyi DBNX-nin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində xüsusi ayrılmış yerdə torpağa basdırılaraq zərərsizləşdirilib.
 
Qeyd edək ki, dekabrın 28-də Lənkəran Rayon Baytarlıq İdarəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə reyd keçirilib. Reyd zamanı rayonun Osakücə kəndinin meşə ərazində ölmüş 2 baş heyvan cəmdəyi, reyddən sonra isə daha 1 baş heyvanın cəmdəyi qeyd edilən ərazidə tapılıb. Heyvan cəsədləri Masallı rayonunun Boradigah kənd sakini, özünü qəssab adlandıran Müslüm Əbülfəz oğlu Cəfərov tərəfindən "QAZ -24" markalı, 12 BA 284 dövlət nömrə nişanlı maşında daşınarkən saxlanılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR