2016-cı ilin ilk günündə 7,3 milyard olacaq

2016-cı ilin ilk günündə 7,3 milyard olacaq
09:42 31 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin ilk günündə Yer kürəsinin əhalisi 7,3 milyarda yaxınlaşacaq.
 
Milli.Az APA-ya istinadən bildirir ki, yanvarın 1-i üçün  dünya əhalisinin sayı 7 milyard 295 milyon 889 min 256 nəfər təşkil edəcək.
 
Ötən Yeni illə müqayisədə artım 78 milyon nəfər və ya 1,08 faiz təşkil edir.
 
Hazırda əhalinin sayına görə Çin birinci (1,367 milyard), Hindistan ikinci (1,252 milyard), ABŞ isə üçüncü (322  milyon 762 min) yerdədir. İlk onluğa həmçinin İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş, Rusiya və Yaponiya daxildir.
 
Qeyd edək ki, dünya əhalisinin sayı 7 milyardı 2012-ci ildə keçmişdi.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/394438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR