Bayramda yollar buz bağlayacaq (VİDEO)

Bayramda yollar buz bağlayacaq (VİDEO)
10:46 31 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 31-a Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək və
yağış yağacaq. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun gündüz 5° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava buludlu keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, cənub- qərb küləyi arabir güclənəcək. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun 3° isti olacağı gözlənilir.

Qərb bölgələri: Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu olacaq. Səhər saatlarında da bu bölgələrdə bəzi ərazilərdə zəif duman gözlənilir. Qərb istiqamətindən əsən külək günün ikinci yarısından sonra daha da güclənəcək və yağış yağacaq. Sulu qar və qar yağacaq, yollar buz bağlayacaq. Havanın temperaturu isə 8° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağıntılı olacaq. Bu rayonlarda bəzi ərazilərdə qərb istiqamətində əsən küləyin arabir güclənəcəyi ehtimal edilir. Axşama doğru qar və sulu qar yağacaq. Havanın temperaturunun 4° isti olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu və yağıntılı olacaq. Çiskin müşahidə olunacaq. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturu 9° isti olacaq.

Cənub-şərq bölgələri: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən buludlu və yağıntılı olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Axşama doğru əsən şimal-şərq küləyi arabir güclənəcək. Axşama doğru sulu qar və qar yağacaq. Havanın temperaturunun gündüz 8° isti olacağı deyilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də hava dəyişkən buludlu olacaq və yağış yağacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi ərazilərdə küləyin sürəti güclənəcək, sulu qar və qar yağacaq. Yollar buz bağlayacaq. Havanın temperaturu isə 7° istini göstərəcək.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR