"Fənərbağça"nın ulduzu "vəhşi" çempionata qayıdır (FOTO)

"Fənərbağça"nın ulduzu "vəhşi" çempionata qayıdır (FOTO)
10:46 31 Dekabr 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

“Fənərbaxça”nın hücumçusu Robin van Persi yenidən İngiltərəyə qayıda bilər.

ANS PRESS-in məlumatına görə, Premyer Liqanın iki klubu hollandiyalı forvardla maraqlanırlar. “Barselona”nın da gündəmində olan 32 yaşlı futbolçu uğrunda mübarizəyə “Çelsi” və “Liverpul” da qoşulub.

“Fənərbaxça”da baş məşqçi Vitor Pereyra ilə yola getmədiyi üçün əsas heyətə düşməkdə çətinlik çəkən Van Persi özü də Türkiyəni tərk etmək fikrindədir. Həm “Çelsi”, həm də “Liverpul” qış fasiləsində onu transfer etmək niyyətindədir. İstanbul klubu isə 30 milyon avro müqabilində ulduz futbolçunu sata biləcəyini bəyan edib.


Van persi "Mançester Yunayted"ə transfer olunan zamanı

Van Persi əvvəl "Arsenal" klubunda 7 il oynayıb. Sonradan qalmaqallı sürətdə Van Persi "topçular"ın əzəli rəqibi "Mançester Yunayted"ə keçib. "Qırmızı Şeytanlar"ın heyətində futbolçu İngiltərə çempionu olub.


Van Persi "Arsenal"da olan zamanı

"Fənərbağça" Türkiyə çempionatında 17-ci turdan sonra 40 xal ilə 2-ci yerdədir. Əzəli rəqibi "Qalatasaray"dan 10 xal öndədir.


Türkiyə çempionatının turnir cədvəli

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR