Qubada qar yolu bağladı - fotolar

Qubada qar yolu bağladı - fotolar
11:06 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlayıb.

Axşam.az "Report"-a istinadən xəbər verir ki, Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilib.

Əraziyə Quba rayon 6 saylı Yol-İstismar İdarəsinin texnikası cəlb edilib. Hazırda Quba-Xınalıq yolunun 53-cü kilometrliyindən 57-ci kilometrliyinə qədər yol bağlıdır.

Yol-İstismar İdarəsindən bildirilib ki, hazırda ərazidə iş gedir, Xınalığa gedən sürücülər bir qədər ehtiyatlı olmalıdırlar.

Xatırladaq ki, Quba-Xınalıq avtomobil yolunda bu il baş verən 4-cü analoji haldır.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR