Ağsuda bayram şənliyi keçirilib

Ağsuda bayram şənliyi keçirilib
11:47 31 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağsuda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram tədbir keçirilib.

Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra yeni ilin simvolu olan şaxta baba və qar qız bayram yolkasının ətrafına toplaşanlara təbriklərini çatdırıblar. Ardınca rayondakı mədəniyyət sarayında təşkil olunan tədbirdə bildirilib ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız milli dövlətçilik ideyalarımız ətrafında sıx birləşiblər. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daha da inkişaf etməsi nəticəsində azərbaycanlıların həmrəyliyinin xeyli gücləndiyi vurğulanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR