Mingəçevirli idmançılar yerli və beynəlxalq əhəmiyyətli idman yarışlarında 52 medal qazanıblar

Mingəçevirli idmançılar yerli və beynəlxalq əhəmiyyətli idman yarışlarında 52 medal qazanıblar
11:52 31 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, 2015-ci il Mingəçevirdə əlamətdar hadisələrlə yadda qalıb.

Birinci Avropa Oyunlarının avarçəkmə idman növü üzrə yarışlarının Mingəçevirdə keçirilməsi bu baxımdan xüsusilə əhəmiyyətli olub. Gənclər elm, yaradıcılıq sahələrində, ictimai, mədəni həyatda il ərzində fəallıq göstəriblər. Bu il keçirilən 30-dan artıq tədbirə 4 minə yaxın gənc qatılıb. Mingəçevirli idmançılar yerli və beynəlxalq əhəmiyyətli idman yarışlarında 52 medal qazanıblar.

Bu faktlar Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Mingəçevirdə təşkil edilən bayram şənliyində səsləndirilib. Bayram tədbiri yeni ilin rəmzi sayılan şaxta baba və qar qızın təbrikləri, şən və lirik mahnılar, müxtəlif səhnəciklər, intellektual bilik yarışları və rəqs nömrələri ilə daha da yaddaqalan olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR