AzTV-nin nizamnaməsinə dəyişiklik edilib

12:22 31 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dəyişikliyə əsasən, cəmiyyətin ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağının səlahiyyətləri artırılıb. Belə ki, bundan sonra səhmdarların ümumi yığıncağı cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verməklə yanaşı, cəmiyyətin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri cəmiyyətin aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edə biləcək.
Cəmiyyətin 7 nəfərlik icra orqanı olan İdarə Heyətinin qurumun adından aidiyyəti şəxslə dəyəri cəmiyyətin aktivlərinin 5%-dək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək səlahiyyəti olacaq.
İdarə Heyətinin rəhbəri və ya üzvləri, habelə cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Mülki Məcəllədə qeyd edilən şəxslərin, yəni, hüquqi şəxsin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının rəhbəri və üzvləri, hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbərinin qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Mülki Məcəllənin müvafiq maddələrilə nəzərdə tutulmuş-hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz və daha çox paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxsə, hüquqi şəxsin, nizamnamə kapitalında ən azı 20% payla iştirak etdiyi hüquqi şəxsə təqdim etməlidirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/aztv-nin-nizamnamesine-deyisiklik-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR