İtaliyanın bir sıra şəhərlərində havanın çirklilik səviyyəsi təhlükəli həddə çatıb

İtaliyanın bir sıra şəhərlərində havanın çirklilik səviyyəsi təhlükəli həddə çatıb
13:13 31 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 31 dekabr, AZƏRTAC
İtaliya hökuməti böyük şəhərlərin merlərini havanın çirklənməsi ilə mübarizədə fəal olmağa çağırıb. Hökumət tərəfindən artıq müvafiq istiqamətdə üçillik tədbirlər planı hazırlanıb.
İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi naziri Can Luka Qalletti bu ölkənin müxtəlif şəhərlərinin merləri ilə keçirdiyi görüşlərdə məsələyə münasibət bildirərək deyib: “Merlər əvvəlcə ictimai nəqliyyat vasitələrindən – avtobusdan və metrodan istifadə haqqının azaldılmasına nail olmalıdırlar. Bunun üçün nazirlik 12 milyon avro məbləğində vəsait ayırmağa hazırdır”.
Qış ayları üçün xarakterik olmayan isti hava şəraiti və üç ay yağışın olmaması İtaliya şəhərlərində havada zərərli hissəciklərin konsentrasiyası ilə nəticələnib. Artıq havanın çirklilik səviyyəsi təhlükəli həddə çatıb.
Romada bununla əlaqədar ekoloji təşkilatların fəalları etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları hökumətin müvafiq istiqamətdə daha ciddi tədbirlər həyata keçirməsini tələb ediblər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR