Röya "əməkdar artist" olmasından danışdı

Röya "əməkdar artist" olmasından danışdı
14:51 31 Dekabr 2015
165 Şou
Ölkə mətbuatı
A- A+

Ölkə başçısı İlham Əliyevin mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncamına əsasən, "əməkdar artist" adını alan Röya Ayxan təəssüratlarını bölüşüb. 

Axşam.az-ın məlumatına görə, müğənni onu təbrik edənlərə təşəkkür bildirib: 

"İçimdəki xoşbəxtliyi, sevinci, fəxr hissini və sevgini hansı sözlərlə ifadə edim bilmirəm. Bircə onu bilirəm ki, hansı pillədə olsam da, sizə olan sevgim tükənməzdir. Məni bu zirvəyə layiq görən ölkə başçımız cənab İlham Əliyevə sonsuz minnətdaram. Qarşınızda baş əyirəm.

Amma sizin də münasibətinizi, sevginizi unutmaram. Bu isti qucağınıza, mənə görə sevinən ürəyinizə təşəkkür edirəm.  Əzizlərimə, dostlarıma, komandama  və əlbəttə məni təbrik edən hər kəsə hörmət, ehtiram bildirirəm. Var olun... Sevimli xalqımızı isə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətiylə təbrik edirəm, bağrıma basıram. Yaşasın Azərbaycanım!".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR