Əfqanıstanda 25 İŞİD döyüşçüsü məhv edilib

14:57 31 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin şərqindəki Nangarhar şəhərinin Heski Meen mahalının Divane Baba, Sandokçe və Şihano Qala bölgələrində M-17 və MD-530 vertolyotları ilə təşkil edilən hava hücumları zamanı 25 İŞİD üzvü ölüb, 31 nəfər yaralanıb.
Məlumatda qeyd edilib ki, ölənlər arasında İŞİD-in bölgədəki iki səhra komandiri də olub. Gecə saatlarında başlayan və səhərə qədər davam edən hava hücumlarında İŞİD-in ərazidə silah-sursatla dolu dörd avtomobili vurulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR