Polisə zəng gəldi: "Xaçmazda Şadlıq sarayı partladılacaq "

Polisə zəng gəldi: "Xaçmazda Şadlıq sarayı partladılacaq "
15:21 31 Dekabr 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmazda telefon dələduzluğu edərək bütün polisi ayağa qaldıran şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 30-da saat 18.52-də özünü Süleymanov Samir adı ilə təqdim edən şəxs Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən “Almas” şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib.

Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.

Dərhal hüquq-mühafizə orqanları əməkdaşları yalançı məlumatı verən şəxsin axtarışına başlayıb. Zəng edənin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov olduğu müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş. Süleymanov tutularaq istintaqa cəlb edilib.

Faktla əlaqədar Xaçmaz RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Hələlik vətəndaşın hansı səbəbdən belə bir yola əl atdığı məlum deyil.

Dekabrın 28-də də Beynəlxalq Bankın Quba filialında bomba həyəcanı yaşanıb.


Beynəlxalq Bankın Quba filialı

Məlumata görə, bu haqda bankın Bakıdakı mərkəzi ofisinə məlumat daxil olub. Naməlum şəxs bombanın saat 15:00-da partlayacağını bildirib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dərhal bankın ofisini nəzarətə götürüb, işçilər təxliyyə edilib. Aparılan araşdırmalar nəticəsində bomba haqda məlumat öz təsdiqini tapmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR