Aygün Kazımova Röyanı təbrik etdi: "Bu ada layiqdir" - FOTO

Aygün Kazımova Röyanı təbrik etdi: "Bu ada layiqdir" - FOTO
16:37 31 Dekabr 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova 106.3 FM-də qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni ötən gün "əməkdar artist" adı alan Röya Ayxanı təbrik edib:

"İlin sonunda baş verən hadisələr gözəl oldu. Sənət dostlarımız şərəfli adlara layiq görüldülər. Bu adların yolunu gözləyənlər çox olub. Mən özüm "əməkdar artist" adını alanda necə sevinmişdimsə... Bilmirsən bu nə həyəcan, sevincdir. Ad alan hamı bu adlara layiq idi. Sənət dostlarımın içindən Röyanı xüsusi vurğulamaq istəyirəm. Röya mənim üçün sənət dostlarım arasında hamıdan çox bu ada layiqdir. Röya çox çalışqan, əməksevər, əsl əməkdar artistdir".
Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR