Rusiyada "Halal" təyyarə reysləri (FOTO)

Rusiyada "Halal" təyyarə reysləri (FOTO)
16:56 31 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya hava yolları şirkətləri, başda milli hava yolu şirkəti Aeroflot olmaqla təyyarələrdə müsəlman sərnişinləri halal qidalarla təmin edəcək.

ANS PRESS-in məlumatına görə, Rusiya Müsəlman Sahibkarlar İttifaqı, Rus hava yolları şirkətlərinin daxili və xarici səfərləri zamanı sərnişinlərə təqdim etmək üçün halal yeməklər göndərməyə başlayıb.

Rusiya Müsəlman Sahibkarlar İttifaqının rəhbərinin köməkçisi Aydar Şagimardanov verdiyi açıqlamada bildirib ki, “Halal qidalar xüsusən Aeroflot havayolu şirkətinin bütün təyyarələrində servis ediləcək. Bu xidmət 1 yanvar 2016-cı ildə fəaliyyətə başlayacaq.

Şagimardanov Rusiyada halal qidanın “çox böyük bazara” sahib olduğunu, lakin su nəqliyyatında halal yemək xidməti göstərilmədiyini deyib.

Digər tərəfdən Rusiya Müftilər Şurası Beynəlxalq “Halal” Standartlaşdırma və Sertifikasiya Mərkəzinin Rəhbəri Aydar Qazizov ,sərnişin daşıma ilə məşğul olan nəqliyyat vaistələrində servis edilən yeməklərə halal qidaları daxil etmək üçün əllərindən gələni etdiklərini bildirdi.

Halal yeməklər Malaziya aviaşirkəti “Rayani Air” də də sərnişinlərə servis edilir.

Belə ki, Malayziyanın yeganə islam aviaşirkəti “Rayani Air” dünyada şəriət qaydalarına uyğun ilk reysi ilə tarixə düşüb.


Malayziyanın islam aviaşirkəti “Rayani Air”

Ölkənin paytaxtından Lanqkavi adasına qədər uçuş şəriət qaydaları ilə keçib. Yemək yalnız halal məhsullardan ibarətdir və alkoqolun istifadəsi ciddi qadağan edilib. Bütün ekipaj üzvləri müsəlmanlardan ibarətdir. Həmçinin stüardessalar hicab geyinir . Sərnişinlər tərəfindən maraqla qarşılanan uçuşdan əvvəl isə dua oxunur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR